Portuqaliya - Azərbaycan oyununun hakimləri

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

Oktyabrın 29-da Vizelada baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək:

29 oktyabr

Portuqaliya - Azərbaycan

Vizela stadionu. Saat 23:45

Baş hakim: Shona Shukrula

Baş hakimin köməkçiləri: Martina Boer, Ashley de Haan

Dördüncü hakim: Julia Van Es

VAR hakimləri: Jochem Kamphuis, Edwin Van De Graaf

(Hakimlər briqadası Niderlanddandır)

Hakim-inspektor: Marta Frías Acedo (İspaniya)

UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa)

Müəllif: Bəhruz MƏMMƏDOV