“Real”ın hücumçusu “Qalatasaray” yolunda

ESTAFET/ “Real”ın hücumçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər. 24 yaşlı forvardın son addımı bunu deməyə əsas verir.
Serbiya millisinin üzvü onu heyətində görməkdə maraqlı olan “Qalatasaray”ı instaqramda izləməyə başlayıb. Bu isə “cim-bom” azarkeşlərini həyəcanlandırıb. Türkiyə mətbuatı futbolçu ilə klub arasında danışıqlarda irəliləyiş olduğunu vurğulayıb. “Kral klubu”nun da qışda onu icarəyə vermək istəməsi keçidin baş tutma ehtimalını artırır.
Qeyd edək ki, Luka Yoviç cari mövsüm “Real”ın heyətində 8 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
