Türkiyə klubunda ayrılıq

ESTAFET/ "Trabzonspor" futbolçusu Stefano Densvillə yollarını ayırıb.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Surinam millisinin də üzvü olan Densvill 2021-ci ildən "Trabzonspor"da çıxış edirdi.

Müəllif: Orxan NOVRUZOV