FIDE QRAN PRİ SERİYASI - MOSKVA: III TUR

ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.

Bildirdiyimiz kimi, Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

Bu gün III turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

Məmmədyarov - Adams (İngiltərə) 1:0
Rəcəbov - Qrişuk (Rusiya) 0,5:0,5
Vaşyer-Laqrav (Fransa) - Gelfand (İsrail) 0,5:0,5
İnarkiyev (Rusiya) - Hammer (Norveç) 0:1
Giri (Hollandiya) - Valyexo (İspaniya) 0,5:0,5
Nepomnyaşnı (Rusiya) - Salem (Misir) 0:1
Tomaşevskiy (Rusiya) - Nakamura (ABŞ) 0,5:0,5
Hou Yifan (Çin) - Dinq Liren (Çin) 0:1
Harikrişna (Hindistan) - Şvidler (Rusiya) 0:1