Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar.

Ugurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər. Onlar bu gündən noyabrın 24-dək, məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər.

Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.

Müəllif: Bəhruz MƏMMƏDOV