FIDE QRAN PRİ SERİYASI - MOSKVA: IV TUR

ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.

 

Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

 

Bu gün IV turun oyunları keçirilir. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

 

Salem (Misir) - Məmmədyarov 0:1 

Valyexo (İspaniya) - Rəcəbov 0:1

Nakamura (ABŞ) - Hou Yifan (Çin) 0,5:0,5

Qrişuk (Rusiya) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5

Hammer (Norveç) - Giri (Hollandiya) 0,5:0,5

Adams (İngiltərə) - Nepomnyaşnı (Rusiya) 0:1

Dinq Liren (Çin) - Şvidler (Rusiya) -  0,5:0,5

Gelfand (İsrail) - Tomaşevskiy (Rusiya) 0,5:0,5

İnarkiyev (Rusiya) - Harikrişna (Hindistan) 0,5:0,5