2021-ci ilin ən yaxşı hakimi seçildi

ESTAFET/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı hakiminin adını açıqlayıb.
Bu ada almaniyalı Feliks Brix layiq görülüb. O, 110 xalla səsvermədə digər həmkarlarını qabaqlayıb.
İlk "5-lik" isə aşağıdakı kimidir:
Feliks Brix (Almaniya) – 110 xal
Byorn Kuypers (Niderland) – 95
Daniele Orsato (İtaliya) – 40
Antonio Mateu Laos (İspaniya) – 30
Entonio Teylor (İngiltərə) – 20
