“İnter”lə “Borussiya”dan DÇ-də çətin qələbə

ESTAFET/ Klublararası dünya çempionatı davam edir.

Bu gün daha 2 oyun keçirilib.

“Mamelodi Sandauns” ilə qarşılaşan Dortmund “Borussiya”sı çətin qələbəyə sevinib.

İtaliya təmsilçisi “İnter” də Yaponiyanın “Urava Red Daymonds” kollektivi ilə görüşdən əzmkar qələbə ilə ayrılıb.

Klublararası dünya çempionatı
21 iyun 2025

Mamelodi Sandauns (CAR) – Borussiya (Dortmund, Almaniya) 3:4
Qollar: L.Ribeyro 11, Rayners 62, Motiba 90 : Nmeça 16, Girassi 34, Bellingem 45, Mudau 59 (ö.q.)

İnter (İtaliya) - Urava Red Daymonds (Yaponiya) 2:1
Qollar: L.Martines 78, Karboni 90+2 : Vatanabe 11.

Müəllif: Natiq NƏSİROV