Karlsen titulunu qorumaq yolunda vacib qələbə qazandı

ESTAFET/ Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə Dünya çempionu adı uğrunda matç keçirilir. Hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə rus şahmatçı Yan Nepomnyaşıy arasında keçirilən matçda artıq 9 tur geridə qalıb.
26 noyabr tarixindən start götürən yarışda bugün 9-cu turun oyunu keçirilib. Qara fiqurlarla oynayan norveçli şahmatçı 39-cu gedişdə rus rəqibini təslim olmağa məcbur edib. Bununla da seriyada 6:3 hesabı ilə önə keçən Karlsen çempionluq titulunu qorumaq yolunda böyük addım atıb.
Xatırladaq ki, dünya çempionu adı uğrunda matç 14 oyundan ibarətdir. Şahmatçılar sabah 10-cu oyunda qarşılaşacaqlar.

