Cərimə zərbəsindən het-trik edənlər

ESTAFET/ Futbolda göz oxşayan ən gözəl qollar adətən cərimə zərbələrindən vurulur. Standart vəziyyətlər zamanı adətən komandanın ən sərrast oyunçuları topun arxasına keçir.
Cərimə zərbəsindən fərqlənmək təbii ki, penaltidən yararlanmaq qədər asan deyil. Üstəlik, müasir futbolda belə zərbələrlə toru silkələmək daha da çətinləşib. Buna baxmayaraq, dünya futbolunda bir matçda 3 qolu da cərimə zərbəsindən vuraraq het-trikə imza atan tək-tük oyunçu olub.
Aşağıdakı siyahıdan da göründüyü kimi, XXI əsrdə yalnız bir nəfər bunu bacarıb. (apasport.az)
Cərimə zərbəsindən het-trik edənlər:
Cüzeppe Sinyori (“Latsio”, İtaliya) - 1993
Kostas Frantzeskos (OFİ, Yunanıstan) - 1997
Rey Makkinnon (“Dandi Yunayted”, Şotlandiya) - 1997
Markos Assunsao (“Santos”, Braziliya) – 1998
Siniş Mixayloviç (“Latsio”, İtaliya) - 1998
Kistiano da Silva (“Kaşiva Reysol”, Yaponiya) - 2015
