“Zirə”nin futbolçusu 4 aylıq sıradan çıxdı

ESTAFET/ “Zirə”nin futbolçusu Nemanya Andelkoviçin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin məlumatına görə, serbiyalı müdafiəçi əməliyyat olunacaq.
24 yaşlı arxa xətt oyunçusu Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə matçda zədələnib. Sağ ayağının tibia sümüyündə qırıq aşkarlanan Andelkoviç gələn həftə Serbiyada əməliyyat olunacaq.
Həkimlərin fikrincə futbolçu 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər.

