Konqolu hücumçunun “Qalatasaray”dan tələbi

ESTAFET/ Çin klubu “Beyçzin Qoan”dan ayrılan Sedrik Bakambu karyerasını yenidən Türkiyədə davam etdirə bilər. 30 yaşlı hücumçu “Qalatasaray”la danışıqlar aparır.
Artıq azad agent statusu daşıyan Konqo millisinin forvardı yanvarda “cim-bom”la müqavilə imzalamağa hazırdır. Lakin o, illik 3 milyon avro maaş tələb edib. Maraqlıdır ki, sabiq klubu “Vilyarreal”ın da gündəmində olan Bakambu onlardan 2,5 milyon avro məvacib istəyib. Yanvarda mütləq hücum xəttini gücləndirməyə çalışan “sarı-qırmızılılar” Bakambu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Sedrik Bakambu 2014/15 mövsümündə Türkiyədə “Bursaspor”un heyətində keçirib.
