FIDE QRAN PRİ SERİYASI - MOSKVA: V TUR

ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.

 

Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

 

Bu gün V turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

 

Məmmədyarov - Dinq Liren (Çin) 0,5:0,5

Şvidler (Rusiya) - Rəcəbov 0,5:0,5
Vaşyer-Laqrav (Fransa) - Salem (Misir) 1:0

Valyexo (İspaniya) - İnarkiyev (Rusiya) 0,5:0,5
Giri (Hollandiya) - Nakamura (ABŞ) 0,5:0,5

Nepomnyaşnı (Rusiya) - Gelfand (İsrail) 0,5:0,5

Tomaşevskiy (Rusiya) - Hammer (Norveç) 0,5:0,5

Hou Yifan (Çin) - Qrişuk (Rusiya) 0:1
Harikrişna (Hindistan) - Adams (İngiltərə) 1:0  

 

Beş turdan sonra 3,5 xal toplayan Şəhriyarla çinli Dinq Liren turnir cədvəlinə şərikli başçılıq edirlər. 3 xalı olan Teymur digər üç şahmatçı ilə birlikdə 3-6-cı yerləri bölüşdürür.

 

Bir günlük istirahətin ardından şahmatçılar mübarizəyə davam edəcəklər. 6-cı turda təmsilçilərimiz bir-birilə görüşəcəklər.