STOLÜSTÜ TENNİS ÇEMPİONATINA START VERİLİB

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb.
Federasiyadan bildiriblər ki, çempionatda şəhər və rayonların yığma komandaları iştirak edir.
Fevralın 12-də yarışa yekun vurulacaq. Qaliblərə diplom və hədiyyələri təqdim olunacaq.