"Bu gün aktivimizə 1 xal yazdırdıq": Elmar Baxşıyev

ESTAFET/ “Son oyunumuz idi. Çətin olacağını bilirdik". Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

41 yaşlı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ardından mətbuat konfransında təəssüratlarını bölüşüb. O, fikrini bu sözlərlə davam etdirib: “Neftçi" iddialı komandadır. Hər iki komanda açıq futbola üstünlük verdi. Bu üzdən maraqlı mübarizə izlədik. Birinci hissədə üstünlük bizdə idi. Amma ikinci hissə rəqibin üstünlüyü ilə keçdi. Ümumi götürdükdə komandanın çıxışından razı qaldım. Bu gün aktivimizə 1 xal yazdırdıq. Amma elə oyunlar olub ki, hər şeyi eləmişik, məğlub olmuşuq".

Müəllif: Orxan NOVRUZOV