“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq

ESTAFET/ "Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi "Ayaks"ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Görüş "Azərsun Arena"da, saat 14:00-da start götürəcək. Əsas mərhələnin VI turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb. Qonaqlar 7 xalla 22-cidir.

Müəllif: Orxan NOVRUZOV