"Keşlə" futbolçuları fərqləndilər - intizamsızlıqda

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında ən intizamsız futbolçular müəyyənləşib. Mövsümün 4 intizamsız oyunçusundan üçü “Keşlə”nin üzvləridir.

Anatole Abanq mövsümün ilk yarısında iki qırmızı vərəqə alan yeganə oyunçudur.

Onun komanda yoldaşı Felipe Santos isə sarı vərəqə sayında rekord vurub. O, 6 matçda xəbərdarlıq alıb.

Daha iki oyunçu 6 qarşılaşmada cəzalanıb. Şəhriyar Əliyev də “Keşlə”nin üzvüdür. O, beş qarşılaşmada sarı, birində birbaşa qırmızı vərəqəyə üzülüb.

“Səbail”in legioneri Yurgen Qoxa da 5 görüşdə sarı, birində qırmızı ilə cəzalanıb. Lakin onun meydandan qovulması ikinci sarı vərəqədən sonra gerçəkləşib.

Müəllif: Bəhruz MƏMMƏDOV