FIDE QRAN PRİ SERİYASI - MOSKVA: VI TUR

ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.

 

Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

 

Bu gün VI turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

 

Rəcəbov - Məmmədyarov 0,5:0,5

Qrişuk (Rusiya) - Şvidler (Rusiya) -  0,5:0,5
Dinq Liren (Çin) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5

Adams (İngiltərə) İnarkiyev (Rusiya) 1:0

Tomaşevskiy (Rusiya) - Giri (Hollandiya) 0,5:0,5

Nakamura (ABŞ) - Nepomnyaşnı (Rusiya) 1:0

Hammer (Norveç) - Valyexo (İspaniya) 0,5:0,5

Salem (Misir) - Hou Yifan (Çin) 0,5:0,5
Gelfand (İsrail) - Harikrişna (Hindistan) 1:0  

 

Altı turdan sonra 4 xal toplayan Şəhriyarla çinli Dinq Liren turnir cədvəlinə şərikli başçılıq edirlər. 3,5 xalı olan Teymur digər beş şahmatçı ilə birlikdə 3-8-ci yerləri bölüşdürür.