FIDE QRAN PRİ SERİYASI - MOSKVA: VI TUR
ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Bu gün VI turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.
Rəcəbov - Məmmədyarov 0,5:0,5
Qrişuk (Rusiya) - Şvidler (Rusiya) - 0,5:0,5
Dinq Liren (Çin) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5
Adams (İngiltərə) - İnarkiyev (Rusiya) 1:0
Tomaşevskiy (Rusiya) - Giri (Hollandiya) 0,5:0,5
Nakamura (ABŞ) - Nepomnyaşnı (Rusiya) 1:0
Hammer (Norveç) - Valyexo (İspaniya) 0,5:0,5
Salem (Misir) - Hou Yifan (Çin) 0,5:0,5
Gelfand (İsrail) - Harikrişna (Hindistan) 1:0
Altı turdan sonra 4 xal toplayan Şəhriyarla çinli Dinq Liren turnir cədvəlinə şərikli başçılıq edirlər. 3,5 xalı olan Teymur digər beş şahmatçı ilə birlikdə 3-8-ci yerləri bölüşdürür.