AZƏRBAYCANIN DAHA BİR GİMNASTI OLİMPİADAYA LİSENZİYA QAZANIB
Azərbaycanın gimnastı Petro Paxnyuk 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un milli federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Paxnyuk elə Rio-de-Janeyroda keçirilmiş Test Turnirində altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayaraq, qarşıdakı olimpiada iştirakçıları siyahısına adını yazdırıb.
Daha öncə onun komanda yoldaşı Oleq Stepko Şotlandiyanın paytaxtı Qlazqoda keçirilmiş dünya çempionatında 3-cü yerə layiq görülərək, planı vaxtından əvvəl yerinə yetirməklə ilk təsnifat turnirindəcə "Rio-2016"ya vəsiqəyə sahib çıxıb. Daha bir lisenziyani Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülüyündə 6-cı yeri tutmuş Marina Durunda əldə edib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində olimpiadaya 43 lisenziya var.