“Sampdoriya”da yeni baş məşqçi

ESTAFET/ İtaliya “Sampdoriya”sının yeni baş məşqçisi müəyyənləşib. A seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq.

Mütəxəssislə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, 2016-19-cu illərdə də “Sampdoriya”ya rəhbərlik edib.

Qeyd edək ki, Genuya təmsilçisi iki gün əvvəl Roberto Daversanı istefaya göndərib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV