"İnter" futbolçusu ilə müqavilə müddətini uzadıb

ESTAFET/ İtaliya təmsilçisi "İnter" futbolçusu Nikolo Barella ilə müqavilə müddətini uzadıb.

Klubun mətbuat xidmətinin xəbərinə görə, yarımmüdafiəçi daha 5 il Milan klubunun şərəfini qoruyacaq.

27 yaşlı oyunçu 2019-cu ildən "İnter"də çıxış edir.

Barella 2023/2024 mövsümündə meydana çıxdığı 48 oyunda 2 qol vurub.

Müəllif: Orxan NOVRUZOV