FIDE QRAN PRİ SERİYASI - MOSKVA: VIII TUR
ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Bu gün VIII turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.
Şvidler (Rusiya) - Məmmədyarov 0,5:0,5
Rəcəbov - Gelfand (İsrail) 0,5:0,5
Qrişuk (Rusiya) - Nakamura (ABŞ) 0,5:0,5
Dinq Liren (Çin) - Giri (Hollandiya) 0,5:0,5
Hammer (Norveç) - Adams (İngiltərə) 0,5:0,5
Tomaşevskiy (Rusiya) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5
Nepomnyaşnı (Rusiya) - Harikrişna (Hindistan) 0:1
Hou Yifan (Çin) - Valyexo (İspaniya) 0,5:0,5
Salem (Misir) - İnarkiyev (Rusiya) 0,5:0,5
Yeddi turdan sonra 5 xal toplayan Şəhriyarla çinli Dinq Liren turnir cədvəlinə şərikli başçılıq edirlər. 4,5 xalı olan Teymur digər altı şahmatçı ilə birlikdə 3-9-cu yerləri bölüşdürür.