BU GÜN QAZANILAN 10 MEDALLA LİDERLİK DAVAM EDİR
ESTAFET/ Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında artıq yarışların 9 günü arxada qalıb. İdmançılarımız günü 3 qızıl, 4 gümüş və 3 bürünclə başa vurublar.
Gün ərzində müxtəlif idman növlərində mübarizə aparan təmsilçilərimizin qazandıqları medalları sizə təqdim edirik.
QIZIL MEDAL
1. Elçin Muradov: Paraatletika - Uzunluğa tullanma T11
2. Hacı Əliyev: Sərbəst güləş 61 kq
3. Cəmaləddin Məhəmmədov: Sərbəst güləş 125 kq
GÜMÜŞ MEDAL
1. Artyom Danilov: Suya tullanma - 10 m Platforma
2. Kamil Əliyev: Paraatletika - Uzunluğa tullanma T12
3. Murtuzəli Müslümov: Sərbəst güləş 70 kq
4. Zorxana: Komanda hərəkətləri
BÜRÜNC MEDAL
1. Zeyniddin Bilalov: Paraatletika - Uzunluğa tullanma T11
2. Oleq Panyutin: Paraatletika - Uzunluğa tullanma T12
3. Şərif Şərifov: Sərbəst güləş 86 kq
Yığma komandamız indiyədək 134 medal (66 qızıl, 39 gümüş, 29 bürünc) qazanıb. Bununla da yığmamız ümumi medal sıralamasında ilk pilləni ələ keçirib. IV islam Həmrəyliyi Oyunlarının Ümumu Medal Sıralaması ilə bu yazıda tanış ola bilərsiniz.