Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
Oktyabrın 23-də Bəhreyn Krallığının Manama şəhərində keçiriləcək Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycan idman nümayəndə heyəti yola düşüb. Oktyabrın 31-dək davam edəcək yarışda ölkəmizi məktəb və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşadək 160 idmançı təmsil edəcək. Qeyd edək ki, 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan idmançıları 16 idman növündə mübarizə aparacaqlar.
Ölkəmiz bu yarışlarda aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük idman növləri üzrə təmsil olunacaq.