Boksçular hazırlığa start verib

ESTAFET/ Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası hazırlığa başlayıb. Məşqlər Boks Mərkəzində keçirilir.
Hazırlıqda Azərbaycan birinciliyində fərqlənən boksçular iştirak edirlər. Toplanışa 40-adək idmançı cəlb olunub. Qarşıdakı günlərdə boksçuların və məşqlərin sayının artması planlaşdırılır.
Qeyd edək ki, yeniyetmə boksçularımızı ilin ikinci yarısında Avropa birinciliyi gözləyir.
