“Qarabağ”a UEFA-dan maliyyə vəsaiti ayırıb

ESTAFET Futbol üzrə UEFA Konfrans Liqasında iştiraka görə “Qarabağ”a qitənin ali futbol qurumu tərəfindən növbəti maliyyə vəsaiti ayırıb.

Azərbaycan təmsilçisi ilk dəfə təşkil edilən turnirin pley-off mərhələsində çıxış etdiyi üçün büdcəsinə daha 300 min avro əlavə edib.

Bu vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa təmsilçisi “Marsel”ə məğlub olaraq mübarizəni dayandırıb.

Müəllif: Orxan NOVRUZOV