“Qarabağ” və "Sabah"dan darmadağın

ESTAFET Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Turun ilk günündə iki qarşılaşma keçirilib.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə liderlə autsayderin matçı ilə başa çatıb. Son üç qarşılaşmada qələbə qazanan “Qarabağ” yeganə məğlubiyyətini aldığı “Səbail”dən revanşı artıqlaması ilə alıb. Ağdamlıların 5 qoluna paytaxt təmsilçisi cəmi 1 topla qarşılıq verə bilib.

Günün ikinci görüşü Sumqayıtda təşkil olunub. Turnir cədvəlinin ikinci hissəsində qərarlaşanların duelində “Sumqayıt”la “Sabah” qarşılaşıb. Səfərdə böyükhesablı qələbə qazanan "Sabah" avrokuboklara vəsiqə şansını davam etdirib. "Sumqayıt" isə öz meydanında biabırçı hesabla uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Keşlə” və “Neftçi” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
XXI tur

2 aprel 2022
16:00. “Qarabağ” – “Səbail”  5:1
Qollar: Leandro Andrade 3, 41, Ramil Şeydayev 53, 56, Elvin Cəfərquliyev 86 : Nikolas Raysel 62 (pen.)
Baş hakim: Rəşad Əhmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 10. Cavid Tağıyev, 39. Tural Bayramlı, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 15. Ayxan Bədizadə
Baş məşqçi: Aftandil Hacıyev
“Azersun Arena”

18:15. “Sumqayıt” – “Sabah”  0:3
Qollar: Aleksey İsayev 22, Xuan Kamara 25, Coy-Lens Mikels 50
Baş hakim: Kamal Umudlu
“Sumqayıt”: 23. Andrey Popoviç, 17. Murad Xaçayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
“Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Xulio Sezar Rodriges, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 7. Boyan Letiç
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 99. Hiqor Qabriel, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Kapital Bank Arena”

Müəllif: Bəhruz MƏMMƏDOV