YEKUNA 1 GÜN QALMIŞ DAHA 20 MEDAL: BAKI 2017
ESTAFET/ Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında artıq yarışların 10 günü arxada qalıb. İdmançılarımız günü məhsuldar bitirməyi bacarıblar. Belə ki, bu yarış günündə təmsilçilərimiz İslamiadanın daha 20 medalını (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanmağı bacarıblar.
 
Gün ərzində müxtəlif idman növlərində mübarizə aparan təmsilçilərimizin qazandıqları medalları sizə təqdim edirik.
 
QIZIL MEDAL
 
1. Rüfət Gülalıyev: Zorxana - Səngi
2. Olqa Bıkovskaya: Suya tullanma - 3 m tramplin
3. Basketbol 3X3: Qadınlardan ibarət yığma komanda
4. Basketbol 3X3: Kişilərdən ibarət yığma komanda
5. Mariya Stadnik: Qadın güləşi - 48 kq
6. Leyla Qurbanova: Qadın güləşi - 53 kq
7. Tetyana Omelçenko: Qadın güləşi - 60 kq
8. Elis Manolova: Qadın güləşi - 69 kq 
9. Futbol: U23 Milli yığma komanda
  
GÜMÜŞ MEDAL
 
1. Suya tullanma: Kişilər (sinxron) - 10 m Platforma
2. Xəyyam Orucov: Zorxana - Milbazi
3. Orxan Xanlarov: Zorxana - Çərxi çəməni
4. Natalya Sinişin: Qadın güləşi - 55 kq
5. Alyona Kolesnik: Qadın güləşi - 58 kq
6. Səbirə Əliyeva: Qadın güləşi - 75 kq
7. Voleybol: Kişilərdən ibarət yığma komanda   
  
BÜRÜNC MEDAL
 
1. Məmmədi Səlimov: Zorxana - Kəbbadə
2. Orxan Xanlarov: Zorxana - Çərxi tuz
3. Xəyyam Orucov: Zorxana - Milsəngin
4. Elmira Qəmbərova: Qadın güləşi - 63 kq    
  

Yığma komandamız indiyədək 154 medal (75 qızıl, 46 gümüş, 33 bürünc) qazanıb. Bununla da komandamız ümumi medal sıralamasındakı liderliyini daha da möhkəmlədib və rəqiblər üçün əlçətmaz olub. IV islam Həmrəyliyi Oyunlarının Ümumu Medal Sıralaması ilə bu yazıda tanış ola bilərsiniz.