Zərifə dünya birinciliyində 7-ci oldu

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın sablya növü üzrə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərif pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italyan Martina Giancolaya (15:14) qalib gəlib. Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan Zərifə Hüseynova yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Alexandra Manqaya 7:15 hesabı ilə uduzub.

Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev isə oğlanların şəxsi yarışında 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 hesabı ilə məğlub olub.

Müəllif: Orxan NOVRUZOV