Qadınların növbəti beynəlxalq təlim-məşqi keçiriləcək

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınların baş məşqçisi Denis Morozvun rəhbərliyi ilə qadınlar arasında 6-cı Beynəlxalq təlim-məşq təşkil edəcək.
2-8 May tarixlərində AMKF-in təlim-məşq bazasında təlim-məşqlərə Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), Dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq.
Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarına idmançılarımızla birgə Çexiya və Yunanıstandan karateçilər qatılmışdı.
