AVROPAYA YOLLANACAQ ŞAHMATÇILARIMIZ

ESTAFET/ 29 may - 11 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində kişi şahmatçıların fərdi Avropa Çempionatı keçiriləcək. Çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət olacaq. Mükafat fondu 100 000 avro olan çempionatın qalibi qazancını 20 000 (gümüş mükafatçı 15 000, bürünc mükafatçı 10 000) avro artıra bilər.

 

Çempionatın rəsmi saytında olan məlumata görə, indiyə kimi 30-adək ölkədən 397 zəka ustası iştirak üçün qeydiyyatdan keçib. Azərbaycan zəkaların mübarizəsində 11 şahmatçı ilə təmsil olunur. Zərif cins nümayəndəsi Nərmin Xələfova da kişilərin mübarizəsində gücünü sınayacaq. Ülkər Umudova isə çempionatda hakim kimi ölkəmizi təmsil edəcək.

 

1. Rauf Məmmədov - 2689

2. Eltac Səfərli - 2680

3. Qədir Hüseynov - 2643

4. Nicat Abbasov - 2588

5. Ülvi Sadıxov - 2453

6. Vüqar Əsədli - 2431

7. Orxan Abdulov - 2388

8. Nərmin Xələfova - 2303

9. Rəvan Əliyev - 2256

10. Kənan Qarayev - 2236

11. Arkadiy Naydiç - 2702

 

Xüsusi vurğulayaq ki, yekunda ilk 22-likdə qərarlaşan şahmatçılar Batumidə keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazanacaq.