ATICILAR YENİDƏN QƏBƏLƏYƏ TOPLANIR

ESTAFET/ Qəbələdə keçiriləcək atıcılıq üzrə növbəti Dünya Kubokunda iştirak edəcək ölkələr və təmsilçiləri bəlli olub. İyunun 6-dan 14-dək 42 ölkədən 416 atıcı mübarizə aparacaq. 

Dünya Kubokunda Çin, 
Hindistan, Yaponiya, Tailand, Cənubi Koreya, Almaniya, Polşa, Rusiya 20 və daha çox atıcısını Azərbaycana göndərib. 


Azərbaycan özü isə Kubokda 3 nəfərlə təmsil olunacaq - Ruslan Lunyov, Nigar Nəsirova və Nəzrin Abbaslı.