YAY OLİMPİYA OYUNLARI DÜNYAYA ÜMİD VƏ SEVİNC GƏTİRƏCƏK
ESTAFET/ Tomas Bax: "Yay Olimpiya Oyunları dünyaya ümid və sevinc gətirəcək".
Rio-2016 Təşkilat Komitəsinin rəhbəri Karlos Nuzman ölkə prezidentinin mümkün istefasının qarşıdan gələn Yay Olimpiya Oyunlarına təsir edəcəyini bildirib. Buna cavab olaraq Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib. O açıqlamasında "Zəmanət veririk ki, heç bir çətinlikdən asılı olmayaraq, qarşıdakı Yay Olimpiya Oyunları dünyaya ümid və sevinc gətirəcək" – deyə bildirib.
Məlumat üçün bildirək ki, aprelin 18-də Braziliya parlamentinin aşağı palatası ölkə prezidenti Dilma Rusefin impiçmentinin lehinə səs verib və onun istefası parlamentin yuxarı palatasına təqdim olunacaq.