Məhəmmədəliyevin 100-cü oyunu

ESTAFET/ “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. Onun yubileyi XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Qeyd edək ki, Şahruddin XVI turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.

Müəllif: Orxan NOVRUZOV