FORMULA 1: GÜNÜN SÜRÜCÜSÜ - SEBASTYAN FETTEL
ESTAFET/ Formula 1 təşkilatçıları ötən ildən "Günün sürücüsü" nominasıyasında yeni mükafat təsis ediblər və hər yürüş gün rəsmi saytda keçirilən səsverməyə əsasən qalib müəyyənləşir. 2016-cı il Sinqapur Qran Prisinə qədər isə qalibi müəyyənləşdirmək üçün yarışdan sonra çempionatın rəsmi saytında birgünlük sorğu yerləşdirilirdi. Lakin indi onlayn sorğu yarış müddətinə aparılır.
Bu yarışa II sıradan başlayan, lakin pit-stopa gec girməklə liderliyə yüksələn və yekunda qələbə qazanan Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Bu Sebastyanın cari mövsümdə Avstraliya, Bəhreyn və İspaniya Qran Prilərindən sonra bu nominasiyada qazandığı dördüncü mükafatıdır.
QEYD: Seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər mərhələnin yürüşü ərzində Formula 1-in rəsmi internet saytında (www.f1.com/vote) həyata keçirilir.
GÜNÜN SÜRÜCÜSÜ | |
MƏRHƏLƏ | QALİB |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |
Kanada Qran Prisi | |
Azərbaycan Qran Prisi | |
Avstriya Qran Prisi | |
B.Britaniya Qran Prisi | |
Macarıstan Qran Prisi | |
Belçika Qran Prisi | |
İtaliya Qran Prisi | |
Sinqapur Qran Prisi | |
Malayziya Qran Prisi | |
Yaponiya Qran Prisi | |
ABŞ Qran Prisi | |
Meksika Qran Prisi | |
Braziliya Qran Prisi | |
Abu-Dabi Qran Prisi |