AFFA legioner limitini və əvəzetmə sayını müzakirə edəcək
ESTAFET/ Mayın 31-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutacaq görüş saat 17:00-da start götürəcək.
İclasın Gündəliyinə daxil olunan məsələlər bunlardır:
1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi;
2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan Tovuz” və “Kəpəz”in 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi;
3. 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi;
4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi;
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi;
6. Digər məsələlər.