Rafael Nadal karyerasını bitirməyə hazırlaşır

ESTAFET/ İspaniyalı tennisçi Rafael Nadal “Rolan Qarros”un 1/4 finalında serb Novak Cokoviçlə qarşılaşmanın karyerasında sonuncu olacağını istisna etməyib.

35 yaşlı idmançı bu açıqlamanı bazar ertəsi kanadalı Feliks Oje-Alyassimo ilə keçirdiyi oyundan sonra verib.

“Mən “Rolan Qarros”un 1/4 finalındayam və burada yenidən oynamaqdan həzz alıram. İndi vəziyyət elədir ki, növbəti oyunun karyeramda sonuncu olub-olmayacağını bilmirəm”, - deyə R.Nadal vurğulayıb.

Qeyd edək ki, R.Nadal daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, ayağından aldığı zədə səbəbindən karyerasını yaxın vaxtlarda bitirə bilər. (oxu.az)

Müəllif: Zaur HACIYEV