“Neftçi” daha bir legionerlə vidalaşıb

ESTAFET/ “Neftçi” daha bir futbolçusu ilə vidalaşıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisi müdafiəçi Huqo Basto ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Portuqaliyalı futbolçu azad agent statusu alıb.
Qeyd edək ki, 2021-ci ilin yayında “Neftçi”yə transfer olunmuş Basto 11 oyunda ağ-qara formanı geyinib.
