Elcan Hacıyev bürünc medal qazandı

ESTAFET/ Xəbər verdiyimiz kimi cüdo üzrə yığmamızın üzvləri qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərində növbəti yarışda güclərini sınayırlar.

"Böyük Dəbilqə" seriyasından olan turnirində bugün ikinci yarış gününə yekun vurulub.

81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçularımız Elcan Hacıyev və Zelim Tskayev yarımfinaladək bütün rəqiblərindən üstün olublar. Lakin bu mərhələdə hər iki təmsilçimiz məğlub olub və bürünc uğrunda tatamiyə çıxıblar. İtaliyalı rəqibi Tiziano Falkoneni məğlub edən Elcan turniri bürünc medalla bitirib. Zelim isə özbək cüdoçu Şarofiddin Boltaboevə məğlub olaraq 5-ciliklə kifayətlənməli olub. 

Müəllif: Natiq NƏSİROV