Messidən karyerasındakı ikinci penta-trik

ESTAFET/ Argentina və Estoniya milliləri arasında yoldaşlıq oyunu keçirilib.

İspaniyanın Pamplona şəhərindəki "El-Sadar" stadionunda baş tutan qarşılaşma cənubi amerikalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundakı bütün qolları Argentinanın superulduzu Lionel Messi vuraraq, karyerasındakı ikinci penta-trikinə imza atıb. 

Yoldaşlıq görüşü

Argentina - Estoniya 5:0
Qollar: Messi 8 (pen.), 45, 47, 71, 76

Müəllif: Natiq NƏSİROV