Afrika Millətlər Kubokunun 1/8 finalçıları müəyyənləşdi

ESTAFET/ Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub.

Artıq pley-offun bütün iştirakçıları müəyyənləşib.

Aşağıdakı milli komandalar 1/8 finala vəsiqə qazanıb: Mərakeş, Mali, Misir, Cənubi Afrika, Nigeriya, Tunis, Seneqal, Konqo DR, Əlcəzair, Burkina Faso, Kot-d'İvuar, Kamerun, Benin, Sudan, Mozambik və Tanzaniya.

Seneqal - Sudan
Mali - Tunis
Mərakeş - Tanzaniya
Cənubi Afrika - Kamerun
Misir - Benin
Nigeriya - Mozambik
Əlcəzair - DR Konqo.

1/8 finalın oyunları yanvarın 3-5-də keçiriləcək.

Müəllif: Əlyar ŞƏRİFOV