Gimnastlar AÇ-dən 4 medalla qayıdır

ESTAFET/ İyunun 1-dən 5-dək İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilib. Qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.
Fərdi növdə çıxış edən batutçu Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. Maqsud komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklər yarışında da hamıdan güclü olduğunu sübuta yetirib.
Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığma üzvü Mixail Malkin böyüklər arasında gümüş medal qazanıb.
Bu növ üzrə komanda yarışlarında isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib çıxıblar.
