Azərbaycan tamblinqçiləri yenidən Dünya çempionu oldular!

İspaniyanın Pamplona şəhərində keçirilən Batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisi növbəti böyük uğura imza atıb.
"innews media" xəbər verir ki, milli komandamızın üzvləri - Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov möhtəşəm çıxış edərək komanda hesabında Dünya çempionu adını yenidən qazanıblar.
Bu qələbə Azərbaycan tamblinq məktəbinin beynəlxalq arenada sabit və güclü mövqeyə sahib olduğunu bir daha sübut edir.

