U-15 Azərbaycan çempionatında sərbəst güləşçilərin yarışı başa çatıb

ESTAFET/ Şağan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə ilk U-15 Azərbaycan çempionatı davam edir.
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan yarışın 2-ci günündə sərbəst güləş üzrə son 5 çəkidə qaliblər müəyyənləşib. Medalçılarla tanış olun:
41 kq
1. Həsən Həsənov (Gəncə)
2. Cəfər Cəfərov (ROİL)
3. Elton Məmmədov (Gəncə), Abdullətif Musayev (Pəhləvan)
48 kq
1. Rəvan Rəhimli (Gəncə)
2. Seyhun Əlizadə (Lənkəran)
3. Rihat Cəfərov (Gəncə), İlqar Hüzüryani (Gəncə)
57 kq
1. Rəşad Veysəlov (Qəbələ)
2. Yunis Gülmalıyev (Abşeron)
3. Zidan Novruzov (Atasport), Məhəmməd Əsgərov (Qazax)
68 kq
1. Fərid Cavadov (Gəncə)
2. Nihad Səfərli (Cəlilabad)
3. Rəhman Rzayev (Sərhədçi), Səməd Ləzgiyev (Qazax)
85 kq
1. Səid Paşayev (Pəhləvan)
2. Namiq Ələsgərov (Şəmkir)
3. Saməddin Babayev (Cəlilabad), Fərhad Süleymanov (Təhsil)
Beləliklə, U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Növbəti 2 gündə yunan-Roma güləşində ən güclülər müəyyənləşəcək.
