Kazakhstan Open-də 2 qızıl medal

ESTAFET/ Veronika Qaşnikova (-47 kq) 4-5 İyun tarixlərində Almatı şəhərində Kazakhstan Open beynəlxalq karate turnirinin iki qızıl medalına sahib olub.

12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr arasında çempion olan V.Qaşnikova, hər iki yaş qrupunda keçirdiyi görüşlərin heç birində rəqiblərinə xal verməyib. Beynəlxalq turnirdə 5 ölkədən 763 karateçi iştirak edib. 

Müəllif: Orxan NOVRUZOV