Coşqun Sadiqov U21 yığmasının baş məşqçi köməkçisi təyin olunub

Azərbaycan Karate Federasiyasının prezidentinin müvafiq əmrinə əsasən, məşqçi-müəllim Coşqun Sadiqov federasiyanın U21 yaş kateqoriyası üzrə yığma komandasının baş məşqçisi Elnur İbrahimovun köməkçisi vəzifəsinə təyin olunub.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Coşqun Sadiqov uzun illərdir karate sahəsində fəaliyyət göstərir və müxtəlif yaş qruplarında idmançıların hazırlanmasında mühüm rol oynayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV