ŞAHMAT ÜZRƏ AÇ 2017: IV TUR
ESTAFET/ Belarusun paytaxtı Minsk şəhərində mükafat fondu 100 min avro olan şahmat üzrə kişilər arasında fərdi Avropa Çempionatı davam edir. 38 ölkədən 397 şahmat ustası qitənin ən güclü şahmatçısını müəyyən etmək üçün mübarizə aparır. Yarışda İsveçrə sistemi ilə 11 tur oynanılacaq.
Bu gün yarışda dördüncü turun oyunları oynanılır. Azərbaycanı çempionatda 9 şahmatçı təmsil edir. Təmsilçilərimizin bu turdakı rəqiblərini və nəticələrini təqdim edirik.
Rauf Məmmədov - Andrey Qorovets (BLR, 2524) 1:0
Kristofer Repka (SVK, 2452) - Eltac Səfərli 0,5:0,5
Sənan Syuqirov (RUS, 2654) - Nicat Abbasov 0,5:0,5
Vüqar Əsədli - Kiril Alekseyenko (RUS, 2585) 0,5:0,5
Pavel Laqaşin (RUS, 2117) - Orxan Abdulov 0:1
Rəvan Əliyev - Nataliya Kusenkova (BLR, 2062) 1:0
Nərmin Xələfova - Konstantin Kuleşov (BLR, 2055) 0,5:0,5
Kənan Qarayev - Emanuel Yahav (ISR, 2034) 1:0
Arkadiy Naydiç - Stanislav Boqdanoviç (UKR, 2596) 1:0