AVROPA QRAN PRİSİNİN BAŞLAMA VAXTI DƏYİŞDİ
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətininin diqqətinə çatdırır ki, Azərbaycan Hökumətinin bu ildən etibarən yay vaxtına keçidin ləğv olunmasına dair qərarı iləəlaqədar olaraq, bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlama vaxtı bir saat önə çəkildi. Belə ki, yeni vaxtla yarışa saat 5-də start veriləcək.
Avropa Qran Prisinin ilkin olaraq razılaşdırıldığı kimi saat 6-da keçiriləcəyi halda bu yarışın saat 8:14-də günün batmasına təsadüf edə biləcəyini və eyni zamanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula Bir Rəhbərliyi (FOM) ötən həftəsonu sözügedən dəyişikliyi təsdiq etdi.
Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Belə ki, yarışın rəsmi açılışı Mərkəzi Avropa Vaxtı ilə saat 3-də baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.
BŞH-nin İcraçı Direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən belə dedi: “Formula Bir Rəhbərliyi ilə aparılan faydalı müzakirələrdən sonra həm oyunu canlı izləyəcək azarkeşlərimizin, həm də komandaların və pilotların marağına uyğun olaraq, yarışın yeni başlama vaxtını elan etməyəşadıq. Bu vaxtı bir saat önə çəkməkdə məqsədimiz pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərimizin ralli yekunlaşan kimi televizorun pultunun düyməsinə toxunmaqla bu möhtəşəm şəhərdə ilk dəfə keçiriləcək Formula 1 yarışına baxmasını təmin etməkdir. Fikrimizcə, bazar günü idman yarışlarını izləməyə davam etmək çox gözəl olacaq!”
Bakı Şəhər Halqasında işlərin gedişatının hansı mərhələdə olduğunu izləmək üçün aşağıdakı keçidə daxil olun:
https://www.bakucitycircuit.com/media/video
Həmin videoda BŞH-nın Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer tikinti-quraşdırma işləri ilə bağlı son vəziyyət haqqında məlumat verdi: “Bura paddok sahəsidir. Burada Pit və Komanda Binaları yerləşəcək. Hazırda binaların tikintisi ilə bağlı quraşdırma işləri davam etdirilir. Yarışa Nəzarət Mərkəzinin yerləşdiyi qüllənin inşasına bu həftə start veriləcək. Tikinti-quraşdırma işlərinə ümumilikdə 4 aylıq bir vaxt tələb olunur. Aprelin 1-dən etibarən quraşdırma işləri sürətləndirilib. Biz bütün bu işləri iyunun 1-dək yekunlaşdırmaq niyyətindəyik. Bu, həmin yerləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Formula Bir Rəhbərliyinə, Beynəlxalq Avtomobil Federasiyasına və Formula 1 Komandalarına təhvil verməzdən əvvəl bizə burada son dəyişikliklər etməyə imkan verəcək.”
Öz növbəsində BŞH-nın icraçı direkoru Arif Rəhimov qeyd edib: “Biz plana müvafiq olaraq fəaliyyət göstəririk. Bəzi məqamlarda biz plandakından daha çox iş görmüşük ki, bu da olduqca sevindirici bir haldır. Bizimlə bu uğurda birgə iş görən podratçı şirkətlər Avropa Qran Prisi başlamazdan əvvəl hər şeyin tam şəkildə hazır olmasını təmin etmək üçün var gücü ilə çalışırlar. Bu baxımdan biz də öz növbəmizdə yarışın ən yüksək səviyyədə təşkil olunması üçün bütün səyimizi bu işə səfərbər etmişik.”