ŞAHMAT ÜZRƏ AÇ 2017: V TUR
ESTAFET/ Belarusun paytaxtı Minsk şəhərində mükafat fondu 100 min avro olan şahmat üzrə kişilər arasında fərdi Avropa Çempionatı davam edir. 38 ölkədən 397 şahmat ustası qitənin ən güclü şahmatçısını müəyyən etmək üçün mübarizə aparır. Yarışda İsveçrə sistemi ilə 11 tur oynanılacaq.
Bu gün yarışda beşinci turun oyunları oynanılır. Azərbaycanı çempionatda 9 şahmatçı təmsil edir. Təmsilçilərimizin bu turdakı rəqiblərini və nəticələrini təqdim edirik.
Peter Prohaszka (HUN, 2596) - Rauf Məmmədov 0,5:0,5
Eltac Səfərli - Roman Qrib (BLR, 2415) 0,5:0,5
Nicat Abbasov - Ferents Berkens (HUN, 2654) 0,5:0,5
Emre Can (TUR, 2589) - Vüqar Əsədli 2585) 1:0
Orxan Abdulov - Zurab Sturua (GEO, 2555) 0:1
Kıvanc Gaznedaroğlu (TUR, 2510) - Rəvan Əliyev 0,5:0,5
Marqarita Xrapko (BLR, 2050) - Nərmin Xələfova 0:1
Burak Fırat (TUR, 2499) - Kənan Qarayev 0,5:0,5
Yuriy Kuzubov (UKR, 2637) - Arkadiy Naydiç 0,5:0,5
Qeyd edək ki, çempionatın sonunda ilk 22-likdə qərarlaşan şahmatçılar bu il Batumidə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar.